Bakıda axtarışda olan şəxs polislərə xəsarət yetirib

Bakıda axtarışda olan şəxs polislərə xəsarət yetirib Paytaxtın Xəzər rayonunda əqli geriliyi olan şəxs polis əməkdaşlarına xəsarət yetirib
Hadisə
6 may 2023 19:15
Bakıda axtarışda olan şəxs polislərə xəsarət yetirib

Bakının Xəzər rayonunda əqli çatışmazlığı olan şəxs polis əməkdaşlarına xəsarət yetirib.

"Report" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

N.Əliyev qeyd edib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli çatışmazlığı olan şəxs aqressiv hərəkətlərilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.

O, polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi