Bakıda əməliyyat: Suraxanı sakinlərindən heroin və silah götürülüb

Bakıda əməliyyat: Suraxanı sakinlərindən heroin və silah götürülüb Suraxanıda əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4, avtomobillərdən oğurluq edən 1 nəfər saxlanılıb
Hadisə
23 Fevral , 2024 13:00
Bakıda əməliyyat: Suraxanı sakinlərindən heroin və silah götürülüb

Polis əməkdaşları Bakının Suraxanı rayonunda əməliyyatlar zamanı rayon sakinlərindən heroin və silah götürüblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi