Yuxarı

​Bakıda əməkdar incəsənət xadiminin evindən oğurluq edilib

Oğrular evə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olublar

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü Telman Hacıyevə məxsus Maştağa qəsəbəsi 2-ci Albalı massivində bağ evindən oğurluq olub. “Report” xəbər verir ki, oğrular evə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olublar. Bağ evindən məişət əşyaları oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Qeyd edək ki, Telman Hacıyev Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılıq mükafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professordur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi