Bakıda əmanətçinin hesabından yarım milyon dolları öz kartına köçürən bank əməkdaşının məhkəməsi başlayıb

Bakıda əmanətçinin hesabından yarım milyon dolları öz kartına köçürən bank əməkdaşının məhkəməsi başlayıb Bakı. 3 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
3 Dekabr , 2018 13:51
Bakıda əmanətçinin hesabından yarım milyon dolları öz kartına köçürən bank əməkdaşının məhkəməsi başlayıb
Report

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib.

Belə ki, E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib.

Xatırladaq ki, E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi