Bakıda əmanətçinin hesabından yarım milyon dolları öz kartına köçürən bank əməkdaşının ibtidai istintaqı başa çatıb

Bakıda əmanətçinin hesabından yarım milyon dolları öz kartına köçürən bank əməkdaşının ibtidai istintaqı başa çatıb Məhkəmənin hazırlıq iclası noyabrın 27-nə təyin edilib
Hadisə
23 Noyabr , 2018 15:34
Bakıda əmanətçinin hesabından yarım milyon dolları öz kartına köçürən bank əməkdaşının ibtidai istintaqı başa çatıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib.

Belə ki, E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb.

Daha sonra o, həbs edilib.

Xatırladaq ki, E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi