​Bakıda əlil şəxsə qarşı quldurluq etməkdə təqsirləndirilən keçmiş məhkumlara hökm oxunub

​Bakıda əlil şəxsə qarşı quldurluq etməkdə təqsirləndirilən keçmiş məhkumlara hökm oxunub Zəkavət Məmmədov 9 il, Vladimir Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
26 Oktyabr , 2015 15:34
​Bakıda əlil şəxsə qarşı quldurluq etməkdə təqsirləndirilən keçmiş məhkumlara hökm oxunub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində əlil şəxsə qarşı quldurluq etməkdə təqsirləndirilən, əvvəllər məhkum olunmuş Zəkavət Mühid oğlu Məmmədov və Vladimir Sergeyeviç Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Məmmədov 9 il, V.Hüseynov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2014-cü ildə Bakının Yasamal rayonu ərazisində baş verib. Abdulla Şaiq küçəsi 58 ünvanında kirayədə yaşan əlil Samir Skropçinin evinə 2 nəfər quldurluq yolu ilə daxil olaraq, onun 350 manat pulunu və mobil telefonunu hədə-qorxu yolu ilə alıb və hadisə yerindən qaçıblar. Yasamal Rayon Polis İdarəsinin (RPİ) və 26-cı Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zəkavət Mühid oğlu Məmmədov və Vladimir Sergeyeviç Hüseynov saxlanılaraq istintaqa təhvil verilib. İlkin ifadələri zamanı saxlanılan şəxslər hadisəni sərxoş halda törətdiklərini etiraf ediblər.

Z.Məmmədov və V.Hüseynov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar.

Xatırladaq ki, hadisədən əvvəl azadlıqlarına qovuşan Z.Məmmədov 25, V.Hüseynov isə 12 il məhkumluq həyatı yaşayıb. 

Son xəbərlər

Orphus sistemi