Bakıda əcnəbini döyərək pulunu və telefonunu alan şəxslər saxlanılıblar

Bakıda əcnəbini döyərək pulunu və telefonunu alan şəxslər saxlanılıblar Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
22 Avqust , 2019 12:31
Bakıda əcnəbini döyərək pulunu və telefonunu alan şəxslər saxlanılıblar

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 15-də baş verib. 

İki naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyərək 70 manat pulunu və mobil telefonunu alıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılıblar. 

Son xəbərlər

Orphus sistemi