Bakıda əcnəbi vətəndaşın medalyonunu boynundan qopararaq aparan şəxs tutulub

Bakıda əcnəbi vətəndaşın medalyonunu boynundan qopararaq aparan şəxs tutulub Bakı. 13 aprel. REPORT.AZ/ DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.
Hadisə
13 Aprel , 2018 11:28
Bakıda əcnəbi vətəndaşın medalyonunu boynundan qopararaq aparan şəxs tutulub

Bakı. 13 aprel. REPORT.AZ/ DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.

Bu barədə "Report"a DİN mətbuat xidmətindən məlumat verilib. 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi