Bakıda əcnəbi vətəndaşın hostelindən oğurluq edən yeniyetmələr saxlanılıb

Bakıda əcnəbi vətəndaşın hostelindən oğurluq edən yeniyetmələr saxlanılıb Bakıda hosteldə əcnəbi vətəndaşın 3000 ABŞ dolları oğurlanıb.
Hadisə
28 Noyabr , 2019 13:06
Bakıda əcnəbi vətəndaşın hostelindən oğurluq edən yeniyetmələr saxlanılıb

Bakıda hosteldə əcnəbi vətəndaşın 3000 ABŞ dolları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan əcnəbi vətəndaşın içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu Polis Bölməsinə müraciət daxil olub.

Zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerini tərk edib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan 3 yeniyetmə 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi