Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda əcnəbi vətəndaş qarət edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Arəş Motamedinin 100 manatını quldurluq yolu ilə alan Nemət Şükürov tutulub. Onun üzərindən 0,250 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.