Bakıda əcnəbilərin öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Bakıda əcnəbilərin öldüyü qəza ilə bağlı məhkəmə başlayır Bakıda bir neçə əcnəbi vətəndaşın öldüyü qəza ilə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb.
Hadisə
9 Aprel , 2020 12:50
Bakıda əcnəbilərin öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Bakıda bir neçə əcnəbi vətəndaşın öldüyü qəza ilə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Qəniyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, cinayət işi üzrə Mehman AğayevHamil Mirzəyev təqsirləndirilir.

Hadisə ötən il iyunun 17-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində baş verib.

1974-cü il təvəllüdlü Habil Mirzəyevin idarə etdiyi “Toyota” markalı, 10-NK-170 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Mehman Ağayevin idarə etdiyi “Ford” markalı, 90-ZS-968 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “Ford” markalı avtomobilin sərnişinləri, Hindistan Respublikası vətəndaşları Cayachandran Racendra, Madhavan Muthukumar Maruthamuthu Gopal hadisə yerində vəfat edib.

Digər sərnişinlər Banqladeş Respublikası vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad və “Toyota” markalı avtomobilin sərnişini Qızılgül İbrahimova xəsarət alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi