Bakıda “E-manat” ödəniş aparatında tüstüləmə olub, külli miqdarda pul yararsız hala düşüb - FOTO

Bakıda “E-manat” ödəniş aparatında tüstüləmə olub, külli miqdarda pul yararsız hala düşüb - FOTO Bakıda “E-manat” ödəniş aparatında tüstüləmə baş verib.
Hadisə
15 Dekabr , 2019 02:55
Bakıda “E-manat” ödəniş aparatında tüstüləmə olub, külli miqdarda pul yararsız hala düşüb - FOTO
Foto: "Report"

Bakıda “E-manat” ödəniş aparatında tüstüləmə baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, rayonun mərkəzi hissəsindəki telefon mağazalarından birində “E-manat” ödəniş aparatında tüstüləmə baş verib. Nəticədə aparatdakı kağız pullar yararsız hala düşüb. Mağazanın işçiləri aparatın alışmasının qarşısını almağa çalışıblar.

Məlumata görə, hadisəyə ödəmə aparatındakı qısaqapanma səbəb olub.  

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi