Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb

Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
184
14 Oktyabr , 2016 13:06
Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinə (RPİ) məxsus dustaq aparmaq üçün nəzərdə tutulan zirehli “Mercedes” markalı mikroavtobus Mərdəkanda qəzaya düşüb. Mikroavtobus “Toyota” markalı digər avtomobillə toqquşub.

Qəza zamanı mikroavtobus Suraxanı RPİ-nin Müvəqqəti Saxlama Yerindən Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına dustaq aparırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi