Yuxarı

​Bakıda duaya görə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib

İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin icraatına verilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakıda ekstrasensi öldürməkdə təqsirləndirilən Goranboy rayonu, Dəliməmmədli qəsəbə sakini 1987-ci il təvəllüdlü Cahangirov Məhəbbət Vilayət oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

"Report"un xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin icraatına verilib.

İş üzrə məhkəmə prosesi bu gün keçiriləcək.

Qeyd edək ki, hadisə 2015-ci ilin mart ayının 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında baş verib. Həmin ünvanda kirayə götürdüyü ofisdə 1970-ci il təvəllüdlü Tahir Talıbovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Qətlə yetirilən T.Talıbov həmin ünvanda dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış. Səbail Rayon Polis İdarəsindən (RPİ) 9-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı hadisəni törədən Goranboy rayon Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Cahangirov Məhəbbət Vilayət oğlu saxlanılaraq istintaqa təqdim olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Cahangirov din xadimini yazdığı duaya görə öldürüb. Belə ki, M.Cahangirov 2008-ci ildə əsəb xəstəliyinə və başında olan ağrılara görə, T.Talıbova müraciət edib. Onu müayinə edən T.Talıbov dua yazıb. Həmin duanı gəzdirən Məhəbbət Cahangirov bildirib ki, elə ondan sonra həyatı daha da alt-üst olub, işində problemlər yaranıb, ağrıları da çoxalıb. Bu səbəbdən M.Cahangirov din xadimindən intiqam almaq istəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi