Bakıda döyüş sursatı aşkarlanıb

Bakıda döyüş sursatı aşkarlanıb Aşkar edilən hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib
Hadisə
12 İyun , 2015 16:34
Bakıda döyüş sursatı aşkarlanıb

Bakı. 12 iyun. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bu, partladıcısı olmayan, istifadəyə yararsız 2 ədəd F-1 markalı əl qumbarası və 2 ədəd UZRQM partladıcısıdır. Aşkar edilən hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Son xəbərlər

Orphus sistemi