Bakıda dostunu ürəyindən bıçaqlayaraq öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda dostunu ürəyindən bıçaqlayaraq öldürən şəxsin məhkəməsi başlayıb Bakı. 10 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
10 May , 2018 16:52
Bakıda dostunu ürəyindən bıçaqlayaraq öldürən şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, mərhum Xəyal Məmmədovun hüquqi varisi, onun atası Qorxmaz Məmmədovdur. Q.Məmmədov təqsirləndirilən Z.Qasımovdan hər hansı pul tələbinin olmadığını bildirib.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində baş verib.

Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb.

Hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Hadisədən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Z.Qasımov X.Məmmədovu kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı dostunun döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər X.Məmmədovu xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi