Bakıda dostunu həbsdən azad edəcəyi adı ilə dələduzluq edən şəxsə hökm oxunub

Bakıda dostunu həbsdən azad edəcəyi adı ilə dələduzluq edən şəxsə hökm oxunub O, 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
5 May , 2017 12:53
Bakıda dostunu həbsdən azad edəcəyi adı ilə dələduzluq edən şəxsə hökm oxunub

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Rüstəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, S.Rüstəmov 2015-ci ildə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ilə tanışı, Bakı şəhər sakini Sədaqət Aslanovanın etibarından sui-istifadə edərək, onun həbsdə olan oğlu Elvin Aslanovun azadlığa buraxılması vədini verib. O, dostu E.Aslanovun guya həbsdən azad edəcəyini bildirərək, anasından 12 min manat pul alaraq dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, S.Rüstəmov S.Aslanovanın evinin tikinti sənədlərinin rəsmiləşdirəcəyini və order alacağını yalandan vəd verib və qadının 3 min ABŞ dollarını alıb. Daha sonra o, S.Aslanovaya verdiyi vədləri əməl etməyib.

S.Aslanovanın şikayəti əsasında saxlanılan S.Rüstəmov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsi də həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi