Bakıda dostuna qarşı dələduzluq edən iş adamı məhkəmə zalından azadlığa buraxılıb

Bakıda dostuna qarşı dələduzluq edən iş adamı məhkəmə zalından azadlığa buraxılıb Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
19 Oktyabr , 2016 10:46
Bakıda dostuna qarşı dələduzluq edən iş adamı məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Adil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, zərərçəkmiş Rasim Əliyev məhkəmə prosesində verdiyi ifadəsində bildirib ki, A. Abdullayev ticarətlə məşğul olduğunu əsas gətirərək, ondan 2010-cu ilin dekabrında 100 min, daha sonra isə 45 min dollar borc alıb: "Arif mənə dedi ki, gəl şərik işləyək. Ancaq sonradan bildim ki, o, məni aldadır. Pulumu geri istədim, Adil ayda 3000 dollar ödəyə biləcəyini dedi. Mən razılaşdım, ancaq bir neçə aydan sonra heç nə vermədi. Sonra məlum oldu ki, onun təkcə mənə yox, digərlərinə də borcu var. Hazırda onun mənə 93 min dollar borcu var".

A.Abdullayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi