Bakıda dostu tərəfindən döyülən şəxsin qabırğaları qırılıb

Bakıda dostu tərəfindən döyülən şəxsin qabırğaları qırılıb Hadisə Nərimanov rayonu ərazisində baş verib
Hadisə
6 İyun , 2017 06:49
Bakıda dostu tərəfindən döyülən şəxsin qabırğaları qırılıb

Bakı. 6 iyun. REPORT.AZ/ Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident Ziya Bünyadov prospekti, 38 ünvanında qeydə alınıb.

Otuz beş yaşlı Məhərrəmov Nizami Niyazi oğlu sürücülük məktəbinin həyətində dostu ilə mübahisə edib. Bu zaman o, küt alətlə bədənindən ağır xəsarət alıb. Nəticədə qabırğaları qırılan zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanlarında araşdırılır.

Son xəbərlər

Orphus sistemi