Bakı. 21 fevral. REPORT.AZ/ Bakıda dönərxanada baş verən partlayış zamanı xəsarət alanlar xəstəxanadan evə buraxılıblar.
"Report"un məlumatına görə, hazırda partlayışın baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, bu gün günorta saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən dönərxanada partlayış baş verib. Nəticədə 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rəfael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar. Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib.