Bakıda dönərdən zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Bakıda dönərdən zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanıb - RƏSMİ Bakı şəhər prokurorluğunun dönərdən zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
27 İyun , 2019 11:50
Bakıda dönərdən zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Bakı şəhər prokurorluğunun dönərdən zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayıb.

"Report"a daxil olan məlumatda bildirilib ki, iyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər qeyd edilən tarixdə paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanda yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi