Bakıda dolları 1,85 məzənnəsi ilə satan şəxs cərimələnib

Bakıda dolları 1,85 məzənnəsi ilə satan şəxs cərimələnib Qanunsuz valyuta alqı-satqısına qarşı tədbirləri davam etdirilir
Hadisə
28 Dekabr , 2016 11:38
Bakıda dolları 1,85 məzənnəsi ilə satan şəxs cərimələnib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda 200 dolları 370 manata satan şəxs cərimələnib

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verilən məlumata görə, Bakı şəhər sakini Asəf Musayev paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 370 manata dəyişdiyi üçün (1 dolları 1,85 manata) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Qanunsuz valyuta alqı-satqısına qarşı tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi