Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib - ƏLAVƏ OLUNUB

Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib - ƏLAVƏ OLUNUB Ana “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb
Hadisə
12 Oktyabr , 2016 13:04
Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib - ƏLAVƏ OLUNUB

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Məlum olub ki, uşağı “Yehovanın şahidləri” dini təriqətinin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

N.Qulubəyova tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi