Yuxarı

Bakıda dilənçiliklə məşğul olan şəxslər saxlanılıb

Saxlanılan 16 qadın və 15 azyaşlı yaşadıqları rayonlara göndərilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakıda dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dilənçiliklə məşğul olan 16 qadın və 15 azyaşlı barəsində inzibati qaydada tədbir görülmüş, yaşadıqları rayonlara göndərilib.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi