Yuxarı

Bakıda dilənçilər bir-birini bıçaqlayıb

Bakıda dilənçilər bir-birini bıçaqlayıb
Faktla bağlı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda dilənçilər bir-birini bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Qanbay Vəzirov küçəsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Məmmədov Mətləb Vəzir oğlu 24 yaşlı Salmanov Asim Rasim oğlunun çənəsinə bıçaqla zərbə vurub. Xəsarət alan A.Salmanov da bıçaqla M.Məmmədovun kürək nahiyəsinə zərbə vurub. Hər iki şəxs Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti əməkdaşlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Onlar reanimasiya şöbəsində həkim nəzarətindədir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, A.Salmanov və M.Məmmədov Sabunçu rayonu ərazisində avtomobil yollarında dilənçiliklə məşğul olurlar
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi