Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb

Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb Bakı. 14 iyul. REPORT.AZ/ Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb.
Hadisə
14 İyul , 2018 15:05
Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 13-də Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb. R.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi