Yuxarı
    Bağlamaq

    Bakıda dənizdə 5 gün əvvəl intihar edən qadının meyiti tapılıb

    Faktla bağlı cinayət işi başlanılıb

    Bakı. 5 yanvar. REPORT.AZ/ Bakıda dənizdə 5 gün əvvəl intihar edən qadının meyiti tapılıb.

    "Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

    Belə ki, dənizdən təxminən 40 yaşında olan qadın meyiti aşkarlanıb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı rayon şöbəsinə təhvil verilib. Dənizdə meyiti tapılan qadının Hövsan qəsəbəsi, Əhlimanov küçəsi ev 10 B mənzil 37 ünvanında yaşayan Leyla İsmayılova olduğu məlum olub.

    L.İsmayılova intihar etmək məqsədilə dekabrın 30-da özünü dənizə atıb.

    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi