Bakı. 6 fevral. REPORT.AZ/ "Report"un ərazidə olan əməkdaşı xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda dəmir tullantılarının qəbulu məntəqəsinin ərazisində baş vermiş yanğın söndürülüb.
*** 14:23
Bakı. 6 fevral. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov rayonunda dəmir tullantılarının qəbulu məntəqəsinin ərazisində məişət tullantıları və rezin qalıqları (şinlər) yanır.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Foto: Firi Səlim
















