Bakıda dələduzluqla məşğul olan şəxs saxlanılıb

Bakıda dələduzluqla məşğul olan şəxs saxlanılıb Faktlarla bağlı araşdırma aparılır
Hadisə
25 Dekabr , 2014 11:50
Bakıda dələduzluqla məşğul olan şəxs saxlanılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakıda dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, may-avqust aylarında, Bakı şəhər sakinləri - Nuranə Əliyevadan 2000, İlahə Paşayevadan 1000, Nurlana Nəcəfovadan 1500, Mahnur Nəcəfovadan 2500, Rasim Mütəllimovdan 1500, Humay Babayevadan 1500, Gülnarə Kərimovadan 1600, Zümrüd Vəliyevadan 1200 manat, Elnur Cəfərovdan isə səkkiz ədəd noutbuk alıb qaytarmamaqla dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Mirsamil Seyidbəyli tutulub.

Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi