Bakıda dələduzluqda təqsirləndirilən keçmiş məhkum qadının məhkəməsi başlayıb

Bakıda dələduzluqda təqsirləndirilən keçmiş məhkum qadının məhkəməsi başlayıb Məhkəmənin baxış iclası avqustun 25-nə təyin edilib
Hadisə
19 Avqust , 2016 11:58
Bakıda dələduzluqda təqsirləndirilən keçmiş məhkum qadının məhkəməsi başlayıb

Bakı. 19 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehriban Həbibova və Nicat Əzizovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, M.Həbibova və N.Əzizov Bakı şəhər sakinlərinə qarşı dələduzluqda etməkdə təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxslər zərərçəkmişlərdən 10 min manatdan çox qızıl alaraq, qaytarmayıblar.

M.Hüseynova və N.Əzizov Cinayət Məcəlləsinin 178.3.2-ci (dəlduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. N.Əzizov barəsində həbs qətimkan tədbiri seçilməyib. O, hazırda zamindədir.

Xatırladaq ki, M.Hüseynova daha əvvəllər məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi