Yuxarı
    Bağlamaq

    ​Bakıda dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

    Alqış Həsənov 4 il, Feyruz Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feyruz Məmmədov və Alqış Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Məhkəmənin hökmü ilə A.Həsənov 4 il, F.Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, bu il F.Məmmədov və A.Həsənov Bakıda dələduzluq etdikləri üçün saxlanılıblar. Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi