​Bakıda dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

​Bakıda dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub Əmrah Əbidov 8 il 6 ay və Cümşid Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
15 Fevral , 2016 15:27
​Bakıda dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cəmşid Əliyev və Əmrah Əbidovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Əbidov 8 il 6 ay və C.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ildə Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cəmşid Əliyev və Əmrah Əbidov tutulub. Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi