Yuxarı

Bakıda dələduzluqda təqsirləndirilən sabiq bank əməkdaşı olan qadına hökm oxunub

Bakıda dələduzluqda təqsirləndirilən sabiq bank əməkdaşı olan qadına hökm oxunub

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Qurbanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Qurbanova 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun himayəsində azyaşlı övladı olduğu üçün hökmün icrası övladının 14 yaşı tamam olanadək təxirə salınıb.

Qeyd edək ki, V.Qurbanova vətəndaşdan 156 min manat alaraq qarşılığında ona aşağı kursla dollar verəcəyini vəd edib.

O, Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

V.Qurbanova sabiq bank əməkdaşıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi