​Bakıda dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

​Bakıda dələduzluqda təqsirləndirilən qadına hökm oxunub O, 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
13 Yanvar , 2016 16:31
​Bakıda dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira İbrahimovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İbrahimova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, E.İbrahimova 2014-cü ilin oktyabr ayında 21 min 637 manat qızılı tanışı Dilarə adlı qadın vasitəsilə başqa bir qadından nisyə alıb. Həmin qızılları dəyərindən aşağı qiymətə satıb, pulu isə özünə xərcləyib. Bundan sonra o, borcunun bir qisminin ödəsə də, sonradan qalan hissəni dələduzluq yolu ilə mənimsəyib.

Son xəbərlər

Orphus sistemi