Bakıda dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs olunub

Bakıda dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs olunub Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fahişəliyə cəlb etmədə və dələduzluqda təqsirləndirilən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
5 İyun , 2018 11:25
Bakıda dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs olunub
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fahişəliyə cəlb etmədə və dələduzluqda təqsirləndirilən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.Sadıqovanın barəsində ev dustaqlıqlığı qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, A.Sadıqova adam oğurluğu, dələduzluq və digər cinayətlərdə ittiham edilir və bundan əvvəl bir neçə dəfə saxlanılıb.

Belə ki, o, Nərimanov rayonu A.Heydərov küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi müəyyən olunub. Lakin ailə vəziyyətinə görə həbs edilmədiyini bildirilib.

A.Sadıqova tanışı Aynurə Hüseynovanı qaçırıb. 

Son xəbərlər

Orphus sistemi