Bakıda dələduzluqda təqsirləndirilən müəllimə apellyasiya şikayəti verib

Bakıda dələduzluqda təqsirləndirilən müəllimə apellyasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 19-na təyin edilib
Hadisə
14 Oktyabr , 2017 11:48
Bakıda dələduzluqda təqsirləndirilən müəllimə apellyasiya şikayəti verib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakıda dələduzluqda təqsirləndirilən Validə Əsədova barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 19-na təyin edilib.

İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakının Binəqədi rayon sakini Validə Əsəd qızı Əbilova özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 9 ünvanında yerləşən “Caspian Shop” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Məharət İzzətəli oglu İsmayılov, Leyla Hüseyn qızı Hüseynova, Samirə Səxavət qızı Bağırova, Əbil Cəmil oğlu Əbilov, İlham Qiyas oğlu İbişova qarşı dələduzluq etməkdə təqsirləndirilir.

O, 2014-cü il sentyabrın 26-da həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl-zinət əşyalarını ələ keçirib. Bir müddət sonra şikayətçilər Nərimanov Rayon Polis İdarəsinə V.Əbilova barəsində şikayət ediblər. V.Əbilov zərərçəkmişlərdən gizlənmək və istintaqdan yayınmaq üçün soyadını dəyişib və Əsədova soyadını götürüb. Buna baxmayaraq, rayon hüquq-mühafizə orqanları onu saxlayaraq istintaqa cəlb ediblər.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

V.Əsədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, V.Əsədova 276 saylı məktəb-liseydə müəllimə işləyib.

Son xəbərlər

Orphus sistemi