Bakıda dələduzluqda təqsirləndirilən keçmiş vəkilin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda dələduzluqda təqsirləndirilən keçmiş vəkilin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib
Hadisə
19 Oktyabr , 2018 12:42
Bakıda dələduzluqda təqsirləndirilən keçmiş vəkilin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəkillər Kollegiyasının sabiq üzvü Lətif Ağayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, L.Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 32.4 (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi