Yuxarı

​Bakıda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

O, 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldəniz Mehdiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Mehdiyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Mehdiyev Bakı şəhər sakinlərinin etimadını qazanaraq onlardan pul alıb, geri qaytarmayıb. O, həmin şəxslərin pullarını dələduzluq yolu ilə ələ keçirib. Bununla bağlı vətəndaşlar polisə müraciət ediblər.

E.Mehdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi