Bakıda dələduzluqda təqsirləndirilən "falçı"nın məhkəməsi başlayıb

Bakıda dələduzluqda təqsirləndirilən "falçı"nın məhkəməsi başlayıb Bakıda falçı adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
9 avqust 2023 13:19
Bakıda dələduzluqda təqsirləndirilən falçının məhkəməsi başlayıb

Bakıda falçı adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report”un xəbərinə görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin vəkillərindən biri məhkəməyə gəlməyib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini G.Qasımova zərərçəkmişlərin ailə üzvlərinin birinə falçı olduğunu bildirib və qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyini deyib.

O, aldatma yolu ilə zərərçəkmişlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirilib.

G.Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham olunur.

Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınırlar.

Son xəbərlər

Orphus sistemi