Yuxarı
    Bağlamaq

    Bakıda dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmə zalından azadlığa buraxılıb

    Mətanət Həsənovaya şərti cəza verilib

    Bakı. 11 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə M.Həsənovaya şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, "Topstap LTD" MMC-nin təsisçisi M.Həsənova 2015-ci ilin noyabrından 2016-cı ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib. 

    Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddələri ilə cinayət işi başlanıb və o, şübhəli şəxs qismində tutulub.

    Məhkəmə iclasında məlum olub ki, bu iş üzrə şahid kimi tanınan Anar Əliyev barəsində də cinayət işi başlanılıb. İttihama əsasən, o, bir neçə nəfərin pulunu alaraq işə düzəltmək vədi verməklə dələduzluq edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi