Bakıda dələduzluq etməkdə təqsirləndirilən şəxsin cinayət işi yenidən prokurorluğa qaytarılıb

Bakıda dələduzluq etməkdə təqsirləndirilən şəxsin cinayət işi yenidən prokurorluğa qaytarılıb Bakı. 31 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını aldadaraq külli miqdarda pul almaqda təqsirləndirilən Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
31 May , 2018 12:02
Bakıda dələduzluq etməkdə təqsirləndirilən şəxsin cinayət işi yenidən prokurorluğa qaytarılıb

Bakı. 31 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını aldadaraq külli miqdarda pul almaqda təqsirləndirilən Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində kobud qanun pozuntulari olduğu elan edilib.

Məhkəmə cinayət işinin yenidən prokurorluğa qaytarılması barədə qərar çıxarıb.

Qeyd edək ki, bu il yanvarın 30-da Binəqədi Rayon Polis Idarəsinə müraciət edən şəxs mənzilindən 57 700 dolların oğurlanması barədə məlumat verib.

Araşdırmalar zamanı pulun ev sahibinin arvadı tərəfindən götrülməsi əsaslı şübhələr yaratdığından əməliyyatçılar qadını saxlayıblar.

İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib.

Daha sonra qadın etraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi Rayon Polis İdarəsi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini Ramil Muradovu saxlayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. R.Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü ''hepatit'' xəstəsi kimi təqdim edərək ondan maddi kömək istəyib.

O, bu yolla ötən ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Qadın pulları xəstə bildiyi şəxsə ərindən xəbərsiz verib.

R.Muradovun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

Polis idarəsindən verilən məlumata görə, qadın sərbəst buraxılıb. Amma R.Muradov barəsində dələduzluq və hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi