Bakı. 17 may. REPORT.AZ/ Bakıda dələduzluq etdiyinə görə tutulan qadının daha bir neçə əməlinin üstü açılıb.
“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.
Belə ki, vətəndaşlara qarşı dələduzluq etdiyinə görə tutulan Dürrə İsmayılovanın ətrafında Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2013-2017-ci illər ərzində Bakı şəhər sakini olan daha 7 nəfəri aldadaraq onlardan qızıl əşyalar alması da müəyyən edilib.