Bakıda dələduzluqda təqsirləndirilən şirkət rəhbəri azadlığa buraxılıb

Bakıda dələduzluqda təqsirləndirilən şirkət rəhbəri azadlığa buraxılıb Bakı. 28 dekabr REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
28 Dekabr , 2018 14:56
Bakıda dələduzluqda təqsirləndirilən şirkət rəhbəri azadlığa buraxılıb
0 : 00
0 : 00

Bakı. 28 dekabr REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilib və ona şərti cəza verilib. X.Cəfərov məhkəmə zalında azadlığa buraxılıb.

İttiham aktına əsasən, X.Cəfərov külli miqdarda dələduzluqda və 1 milyon manatdan çox vergidən yayınmada təqsirləndirilir.

O, rəhbəri olduğu "Avro Qrand" şirkəti vasitəsi ilə Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. X.Cəfərov nəğd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.

Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri eyni mənzili bir neçə şəxsə sataraq onları aldadıb. Sonuncu dəfə ikiotaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət işində 24 zərərçəkmiş var. 

Son xəbərlər

Orphus sistemi