Yuxarı
    Bağlamaq

    Bakıda dayısı oğlunu xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb

    Məhkəmənin baxış iclası aprelin 18-nə təyin edilib

    Bakı. 12 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

    "Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası aprelin 18-nə təyin edilib.

    Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentaybrın 26-da Sabunçu rayonunun Pirşaği qəsəbəsində baş verib. 21 yaşlı N.Quliyevin dayısı oğlu Mahir Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

    N.Quliyev M.Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. N.Quliyev həmin ərazidə dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə endirib və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib.

    Hadisədən sonra N.Quliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi