İlk xəbər 16:44-də dərc olunub
Bakı. 17 aprel. REPORT.AZ/ Bakıda qətl hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, Xəzər rayonunun Albalılıq yaşayış massivində dayı öz bacısı qızını qətlə yetirib.
Qətlə yetirilən qız 1996-cı il təvəllüdlü Məlikli Nigar Şükür qızıdır. Qətldə şübhəli bilinən 1973-cü il təvəllüdlü Kərimov Vamiq bacısı qızına 30 bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb.
Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.