Yuxarı

Bakıda dayanacaqda avtobus sərnişini vurub

Bakıda dayanacaqda avtobus sərnişini vurub
Faktla bağlı araşdırma aparılır

Bakı. 1 may. REPORT.AZ/ Bakıda dayanacaqda avtobus sərnişini vurub.

“Report”un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında dayanacaqda avtobus gözləyən 23 yaşlı Şıxmuradov Nazim Ədilxan oğlu yol istiqamətində irəli çıxarkən onu gözlədiyi “Daewoo” markalı sərnişin avtobusu vurub. N.Şıxmuradov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

“Daewoo” markalı sərnişin avtobusunun nömrəsi məlum olmasa da, Bülbülə qəsəbəsi istiqamətində getdiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi