Bakıda dayanacaq nəzarətçisi qaçırdığı avtomobillə qəza törədib

Bakıda dayanacaq nəzarətçisi qaçırdığı avtomobillə qəza törədib Həmin şəxs tutulub
Hadisə
13 Fevral , 2016 12:34
Bakıda dayanacaq nəzarətçisi qaçırdığı avtomobillə qəza törədib

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda dayanacaq nəzarətçisi qaçırdığı avtomobillə qəza törədib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, fevralın 12-də paytaxtın Nəsimi rayonu ərazisində yaşayan Naxçıvan şəhər sakini Vüqar İbrahimov polisə müraciət edərək həmin gün ona məxsus “KİA” markalı avtomobilini Saleh adlı dayanacaq nəzarətçisinə verdiyini və onun avtomobili qaçıraraq D.Əliyeva küçəsində ağaca vurduğunu bildirib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Füzuli rayon sakini Saleh Kərimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi