Bakıda darvaza oğurlanıb

Bakıda darvaza oğurlanıb Darvazanı oğurlayan şəxs tutulub
Hadisə
222
25 Fevral , 2016 11:16
Bakıda darvaza oğurlanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda darvaza oğurlanıb. "Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 9-da Bakı şəhər sakini Əjdər Əhmədova məxsus torpaq sahəsindən darvaza oğurlamış həmyerlisi Rəşadət İbrahimov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi