Bakıda daha bir yol bağlanır

Bakıda daha bir yol bağlanır Hər iki istiqamət üzrə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq
Hadisə
2 Avqust , 2015 21:08
Bakıda daha bir yol bağlanır

Bakı. 2 avqust. REPORT.AZ/ Bakının Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq hər iki istiqamət üzrə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “Report”a bildirilib ki, avqustun 2-də saat 22:00-dan səhər saat 05:00-dək küçənin Heydər Əliyev və Babək prospektləri ilə kəsişməsindən, Cavanşir körpüsünə qədər və əks istiqamətdə olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyyə edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.

Son xəbərlər

Orphus sistemi