Bakıda daha bir restoranda yanğın olub

Bakıda daha bir restoranda yanğın olub Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən restoranın dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Hadisə
2 Dekabr , 2022 16:22
Bakıda daha bir restoranda yanğın olub

Bakıda daha bir restoranda yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən restoranın dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Qeyd edək ki, bu gün paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 180 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd fri aparatı yanıb. Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi